Smart TV-də IPTV xidməti qurarkən, İbo Player əsaslı qurulumda ən vacib mərhələ MAC ünvanı və device key-in abunəçi olduğunuz IPTV xidmətinin əməkdaşına göndərilməsidir. Bu bələdçi sizə həmin prosesi düzgün və problemsiz həyata keçirməyə kömək edəcək.
1. İbo Player Proqramını Smart TV-yə Yükləyin
-
Smart TV-nizin tətbiq mağazasına daxil olun (Samsung üçün Smart Hub, LG üçün LG Content Store və s.).
-
Axtarış bölməsində “Ibo Player” proqramını tapın.
-
Proqramı yükləyin və quraşdırın.
2. İbo Player-i işə salın
-
Quraşdırmadan sonra tətbiqi açın.
-
İbo Player ilk dəfə açıldıqda, sistem avtomatik olaraq Smart TV-nin MAC ünvanunu və device key-in müəyyən edir.
3. MAC ünvanı və device Key-in Tapılması
-
Proqramda “Settings” və ya “Haqqında” bölməsinə keçin.
-
Orada Smart TV-nizin MAC ünvanı (adətən “MAC Address”) və device key-in göstərildiyini görəcəksiniz.
-
Bu məlumatları diqqətlə qeyd edin və ya ekran şəkli çəkin.
4. MAC ünvanı və device key-in İPTV xidmətinin əməkdaşına göndərilməsi
-
Abunə olduğunuz IPTV xidməti ilə əlaqə saxlayın.
-
Onlara MAC ünvanı və device key-inizi göndərin.
-
Xidmətin əməkdaşı bu məlumatları sistemə daxil etdikdən sonra IPTV abunəliyiniz aktivləşdiriləcək.
5. IPTV Xidmətinin Aktivləşdirilməsini Gözləyin
-
Aktivləşmə prosesi adətən qısa müddətdə baş verir.
-
Aktiv olduqdan sonra İbo Player proqramı vasitəsilə kanal və digər xidmətlərdən rahatlıqla istifadə edə biləcəksiniz.