Qalatasaray, bir müddətdir Napoli ilə aparılan danışıqların ardından ulduz hücumçu Victor Osimhenin transferini rəsmiləşdirib.
IPTVXeber.com xəbər verir ki, nigeriyalı futbolçu sosial şəbəkədə təyyarədə Qalatasaray formasında çəkilmiş qısa video yayımlayıb və kameraya baxaraq “Yalnız Qalatasaray” deyib.
Sarı-qırmızılı komandanın X (keçmiş Twitter) hesabından isə “Hamımız birlikdə səni gözləyirik” paylaşımı edilib.
Gün ərzində Osimhenin Instagram hekayəsində Qalatasaray loqosu və bu loqoya baxan bir aslan şəkli paylaşması da transferin artıq tamamlandığına işarə kimi qiymətləndirilib.
Süper Liqanın yayımçısı BeIN Sportsun məlumatına görə, 2 avqust şənbə günü İstanbulda keçiriləcək Qalatasaray – Lazio matçı öncəsində Osimhen üçün rəsmi imza mərasimi planlaşdırılır.