İtaliya təmsilçisi Kalyarinin gənc futbolçu Semih Kılıçsoyun transferi ilə bağlı önəmli mərhələyə gəldiyi bildirilir.
IPTVXeber.com xəbər verir ki, A seriyası klubu gənc hücumçunu icarə + satınalma hüququ ilə heyətinə qatmaq istəyir.
Lakin Mustafa Erhan Hekimoğlunun zədələnməsindən sonra “Beşiktaş”ın məşqçilər korpusu Semihi hələlik komandada saxlamağı qərara alıb. Gənc futbolçunun Avropa Liqasının II təsnifat mərhələsində “Şaxtyor Donetsk”lə keçiriləcək oyunda meydana çıxacağı gözlənilir.
Bu kritik qarşılaşmadan sonra “Beşiktaş” prezidenti Serdal Adalı və idarə heyəti Semih Kılıçsoyun gələcəyi ilə bağlı son qərarını verəcək. Məlumata görə, Semih Avropada daim forma geyinə biləcəyi bir klubda oynamağa müsbət yanaşır və bir mövsümlük icarəyə getmək istəyir.