Joao Feliks “Əl-Nəsr”lə anlaşdı

“Əl-Nəsr” “Çelsi”nin futbolçusu Joao Felikslə anlaşıb. 

Bu barədə məşhur idman jurnalisti Fabrizio Romano məlumat yayıb.

Bildirilir ki, portuqaliyalı hücumçu tibbi müayinədən keçdikdən sonra müqavilə imzalayacaq. Transferin ilkin dəyəri 30 milyon avro təşkil edəcək. Razılaşmada əlavə bonuslar və gələcək satışdan yüksək faizli maddə də yer alacaq. Bu şərtlərlə “Əl-Nəsr” “Çelsi”nin 50 milyon avroluq qiymətləndirməsini qarşılamağı hədəfləyir.

Qeyd edək ki, daha öncə mətbuatda Joao Feliksin “Benfika”ya keçəcəyi ilə bağlı xəbərlər yayılmışdı, lakin Səudiyyə Ərəbistanı klubu bu keçidə mane oldu.

Previous Article

“Bir çox başqa variantlar var” - “Qalatasaray”ın baş məşqçisindən transfer açıqlaması

Next Article

Skrinyarda xoşbəxt son!

Şərh yaz

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir