Smart TV istifadəçiləri IPTV izləmək üçün televizorlarına uyğun tətbiqlər yükləməlidirlər.
Samsung və LG markalarında “Smart IPTV”, “SET IPTV”, “IBO Player”, “Bob Player” kimi proqramlar istifadə olunur.
Bu tətbiqlər TV-nin mağazasından yüklənir və aktivasiya kodu alınır. Daha sonra istifadəçiyə təqdim olunan M3U link və ya Xtream kodlar tətbiqə daxil edilir. Android əsaslı televizorlar və TV box-lar üçün isə “TiviMate”, “Flix IPTV”, “XCIPTV”, Shamel TV kimi proqramlar tövsiyə olunur.
Tətbiqlər vasitəsilə istifadəçi öz kanal siyahısını fərdiləşdirə, arxivdən istifadə edə və yayım keyfiyyətini seçə bilər. Proqramların istifadəsi üçün sabit internet və uyğun cihaz vacibdir.