Ən yaxşı TV Box hansıdır?

Android TV Box-lar xüsusilə “Smart” funksiyası olmayan televizorlar üçün uzun müddətdir populyar seçimdir.

Hətta “Smart” televizor istifadəçiləri də bu cihazları alır, çünki Smart TV-lərdə prosessor gücü məhduddur və bir müddətdən sonra performansda ciddi düşüş baş verir. Bundan başqa, tətbiq mağazalarında seçimlər məhduddur. Buna görə də, demək olar ki, hər kəsin evində Android TV Box var.

Bəs hansını seçməliyik?

Çox sayda Android TV Box markası mövcuddur və bu, insanları çaşdıra bilər. Biz isə təcrübəmizə əsaslanaraq nəticədə bir marka seçdik: Mi Box, Tanix, x96 (orijinal). 4 ram, minimum 32 yaddaş, android minimum 10

Xiaomi şirkəti bu sahədə ən yaxşısıdır. Həm cihazlarının material keyfiyyəti, həm də hardware bazasında güclü olmaları, həmçinin lisenziyalı tətbiqlərə sahib olmaları bunu sübut edir.

Mi Box-un müxtəlif modelləri var. Uzun müddətli istifadə planlaşdırırsınızsa, hazırda ən aktualları arasında Mi Box S 4K modeli dayanır. Onun orta qiyməti təxminən 200 manat civarındadır.

Bu cihaz lisenziyalı tətbiqlərdən əlavə, Google Play üzərindən minlərlə tətbiqi yükləməyə imkan verir. Cihaz çox stabil və sürətli işləyir. 

Əlbəttə ki, Android əməliyyat sistemi sayəsində Shamel TV tətbiqini də rahatlıqla quraşdıra bilərsiniz.

Biz daha çox Tanix və X96 məsləhət görürük. Səbəb?

İlk səbəb qiymətdir. Tanix və X96 Mİ-nin yarı qiymətinədir. Keyfiyyət baxmınından da geri qalmır. Mİ 2 ram, 8GB daxili yaddaş, bəhs etdiyimiz markalar isə 4 ram, 32 və ya 64 yaddaşla satışa çıxır.

İstifadəniz rahat və gözəl olsun!

Previous Article

Smart TV-də IPTV proqramlarının quraşdırılması

Next Article

📆 Matç günü – Hansı oyun hansı kanalda… 16 iyul 2025

Şərh yaz

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir